İtaliya A Seriyasında baş məşqçi istefası gerçəkləşib.
Unikal.org xəbər verir ki, “Cenoa” baş məşqçisi Aurelio Andreatsoli ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat verib.
Mütəxəssisin komandanın uğursuz çıxışı səbəbiylə istefaya göndərildiyi bildirilir. 65 yaşlı mütəxəssis bu ilin iyunundan komandanı çalışdırırdı.
“Cenoa”nın yeni baş məşqçisinin PSJ-nin sabiq futbolçusu Tiaqo Motta olacağı bildirilir.