İqtisadiyyat

Sosial yardım alanlara ŞAD XƏBƏR – ARTIRILIR

Gələn il Azərbaycanda ehtiyac meyarının məbləği 160 manat olacaq.

Yeniavaz.com xəbər verir ki, bu məbləğ, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində göstərilib.

Məlumat üçün bildirək ki, bu il üçün ehtiyac meyarının həddi 143 manat təşkil edib.

Onu da bildirək ki, ehtiyac meyarı – əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.
Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardım ala bilmək üçün ailənin orta aylıq gəliri (müraciətdən əvvəlki son 1 il ərzində) onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarından aşağı olmalıdır.

Məsələn, 4 nəfərlik ailənin aylıq gəliri 500 manat təşkil edirsə, həmin ailə bu il 72 manat (4×143=572), gələn il 140 manat (4×160=640) sosial yardım alacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir