Kriminal

17 yaşlı gənci ürəyindən bıçaqlayıb öldürən şəxs kimdir? – TƏFƏRRÜAT

Gəncə şəhəri Bağmanlar qəsəbəsində baş verən qətl hadisəsinin bəzi detalları məlum olub.

Anews.az baku.ws istinadən xəbər verir ki, “Xan Arxı” adlanan çayxanada mübahisə zəminində 2002-ci il təvəllüdlü Verdiyev Əzim Elşad oğlu ürəyindən bıçaqlanaraq öldürülüb. Araşdırmalar zamanı müəyyən edilib ki, qətli 10-cu sinif şagirdi Məmmədov Elgün Rövşən oğlu törədib.

Hər iki şəxs bir ərazidə qalır və onların uşaqlıqdan münasibətləri olub. Hadisə baş verən gün isə öldürülən Verdiyev Əzim Elşad oğlunun Elgün Məmmədovun qohumu ilə mübahisəsi düşüb.

Ətrafdakı insanlar tərəfləri bir neçə dəfə ayırıb. Buna baxmayaraq mübahisə davam edib. Bu zaman E.Məmmədov bıçaqla Əzim Verdiyevin ürək nahiyyəsinə zərbə endirib.

17 yaşlı yeniyetmə xəstəxanaya aparılsa da yolda keçinib. Keçirilən əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirli bilinən E.Məmmədov tutulub. Onun barəsində Gəncə şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir