Azrbaycanda 4 aylıq qadın 1 yaşlı oğlunu dayənin üzərinə atıb qaçıb.
Big.az xəbər verir ki, bunu Xəzər televizyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılq etdiyi “Səni axtarıram” verlişinə çıxan qadın bildirib.
Qadın qeyd edib ki, oğlunun ehtiyaclarına görə evdə uşağa baxıb, pul qazanır: “Xalam da dedi ki, Gülüstan adli bir qadın var uşağına dayə axtarır. Mən də 300 manat müqabilində razılaşdım. Oğluma görə razılşadım. Uşağın anasına yalvarırdım ki, uşağa corab gətir. Bir həftədir uşağına pampers də almır. Hamısını öz cibimdən alıram. Mənim də 3 oğlum var. Gülüstan dedi ki, uşağın sənədləri o biri dayəsindədir. Uşaq yanıma gətiriləndə pis gündə idi. Uşağa bir ay on gündür baxıram. Bir qəpik də verməyib. Mən deyirəm ki, uşağı Xoşqədəm xanımın verlişinə aparacam. Məni hədələyir. Mənə bir neçə saat öncə zəng edib deyir ki, uşağı taksi ilə göndər. Siz də anasınız mən bir yaşlı uşağı necə taksi ilə göndərə bilərəm. Uşağa bir şey olsa günah mənim üzərimdə qalacaq”.
Efirə gələn Gülüstan bildirib ki, mən həyat yoldaşımla ayrılmışam. Uşağa tək baxıram. Oğlumu bu qadına mən bir aylıq vermişəm. Yaşamağa yerim yoxdur. Mən 8 gündür xəstəxanada müalicə alırdım. Ürəyimdə tutmalarım var. Neçə dəfə demişəm adam göndərirəm, uşağı onunla mənə göndər. O, isə mənə pulumu verməsən uşağı sənə qaytarmayacam dedi. Mən həyat yoldaşım Məhəmmədlə adət ənənə ilə ailə qurmuşam. Məhəmmədlə boşandığıma görə anam və atam məndən imtina edib”.
Aparıcı bildirib ki, Gülüstanın 4 aylıq hamilə olması ilə də bağllı məlumat var.