“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev sabah APEOL-ə qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Qol.az-ın xəbərinə görə, bu gün keçirilən mətbuat konfransında o, oyuna yaxşı hazırlaşdışdırlarını, ciddi itkilərinin olmadıqlarını bildirib.
“Futbolçular üçün ən vacibi həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaqdır. Fikrimcə, bu baxımdan yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, öz meydanımızda azarkeşlərimizi sevindirək”.
Q.Q arayev APOEL-i yaxşı tanıdıqlarını söyləyib: “Aramızda gizli bir şey qalmayıb. Rəqib də bizi tanıyır. Ən böyük üstünlüyümüz evdə oynamağımızdır. Azarkeşlərin dəstəyi bizə əlavə motivasiya verə bilər”.
“Düdelanj”la oyunda baş verənlərə bir daha münasibət bildirən Q.Qarayev onların işinin ölkənin bayrağını uğurla təmsil etmək olduğunu söyləyib: “İdmançı kimi siyasəti idmana qatmaq istəmirik. Dünya arenasında işimizi meydanda görmüşük. Qarabağ bizimdir, bunu bütün dünya bilir. Bizim olan dəyərlərə görə, qıcıq olmuruq. Kiməsə sübut edəcək bir şey də yoxdur. “Qarabağ”ın avrokubok oyununda əski parçasını gətirib iddia etmək özü gülüncdür”.