Türkiyə Rusiyadan daha çox “S-400” almaq niyyətindədir.
Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyanın müdafiə sənayesi şirkəti “Rosoboronexport” Ankara ilə bu barədə danışıqlar aparıldığını təsdiqləyib.
Açıqlamada həmçinin bildirilib ki, Moskva və Ankara arasında əldə olunmuş razılaşmaya əsasən yaxın günlərdə “S-400” raketlərinin bütün hissələri, o cümlədən raketləri Türkiyəyə veriləcək.