Rusiya hərbi polisi Suriyanın Kobani şəhərində Türkiyədən 2 kilometr məsafədəki hakim yüksəkliyə yerləşib.
Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.
“Baza sərhəd məntəqəsində yerləşir. Buradan sərhəd və şəhər yaxşı görünür”, – məlumatda deyilib.
Rus hərbçilər buradan Suriya sərhədçiləri ilə birlikdə YPG-çilərin şəhərdən çıxışını izləyəcək.