Oktyabrın 25-də istehlakçılara təbii qazın stabil rejimdə və fasiləsiz ötürülməsi üçün keyfiyyətin daha da artırılması, tələbata uyğun tənzimləmələrin aparılması, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işləri icra olunacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bu zaman səhər saat 09:00-dan Gəncə şəhəri, Göygöl, Samux, Ağsu rayonları, saat 09:30-dan Ağstafa rayonu, saat 10:00-dan isə Qəbələ rayonunun bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq