Cəmiyyət

“Rahat” marketdən övladına makaron alan ana narahatlıq yaşadı – Foto

Bakıda yerləşən “Rahat” marketlər şəbəkəsinin mağazasında satılan makaron keyfiyyətsiz məhsul çıxıb.

Bizimyol.info xəbər verir ki, bu iddianı Könül Həsənsoy edib.

Onun sözlərinə görə, “Rahat”dan aldığı makaronu suya əlavə edərkən arzuolunmaz mənzərə ortaya çıxıb: “Şəkildə gördüyünün makaronu “Rahat”dan alıb evsə suya tökəndə şəkildə gördüyünüz mənzərə yarandı”.

Məsələ ilə bağlı16 oktyabr 2019-cu il tarixdə “Rahat” marketlər şəbəkəsinə informasiya sorğusu göndərilib. Şirkətdən sorğuya cavab veriləcəyi bildirilsə də, cavab verilməyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir