Rusiyanın Zabaykal vilayətində hərbi hissədə əsgərlərin güllələnməsi haqqında xəbəri vermişdik.
Yeniavaz.com hadisə yerindən fotoları təqdim edir:
*** 26 oktyabr, 09:45
Rusiyanın Zabaykal vilayətində hərbi hissədə əsgərləri güllələyən hərbçinin şəxsiyyəti müəyyənləşib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, cinayəti 20 yaşlı əsgər Ramil Şamsutdinov törədib. O, 8 hərbçini öldürüb, 2-ni yaralayıb. Ramil hadisəni əsəb sisteminin pozulması nəticəsində törətdiyi bildirilmişdi. Digər məlumata görə isə, Şamsutdinov əsgər yoldaşlarını qeyri-qanuni münasibətlər səbəbindən güllələyib. Belə ki, xidmət yoldaşları tez-tez Şamsutdinovu ələ salırmış və incidirmiş.
O, polisə ifadəsində əməlindən peşman olmadığını deyib.