“Dövlət başçısı yaşı 70-dən yuxarı olan vəzifəli şəxslərə müraciət edərək yerlərini gənclərə verməyə çağırdı. Milli Məclisin deputatı Ağacan Əbiyevin özü bəyan edib ki, növbəti parlament seçkilərində namizədliyini verməyəcək. Güman edirəm ki bir qədər çətinlik çəkən, yaşın və xəstəliyin fəaliyyətinə mane olan deputatlar da namizdəliyini vermiyəcək”.
Bu barədə Bizimyol.info-ya Milli Məclisin deputatı Tahir Kərimli bildirib.
Deputat sosial şəbəkədə müzakirələrə səbəb olan, 2019-cu ilin büdcə müzakirəsi aparılan zaman həmkarı Xanhüseyn Kazımlının danışarkən cümlə qurmaqda çətinlik çəkməsini də şərh edib:” Xanhüseyn müəllim, yaşlı, ziyalı, xeyirxah adamdır. Ömründə heç kimə ziyan vurmayıb. İndi nitqində bir az qüsurlar var. Yəqin o da bu haqda düşünəcək”.
Bizimyol.info