Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün işgüzar səfərlə Ermənistana gəlib. Səfər zamanı Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını yoxlamaq planlaşdırılır.
Zirveyolu.info tass-a istinadən verdiyi xəbərə görə, Şoyqu Gümrüdən İrəvana gedəcəyini bildirib. Orada erməni həmkarı David Tonoyan ilə danışıqlar aparacaq. Nazirlər hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Rusiya Müdafiə Nazirliyinin rəhbərinin Ermənistanın ən yüksək siyasi rəhbərliyi tərəfindən qəbul ediləcəyi də planlaşdırılır.