İqtisadiyyat

ABŞ-ın neft ehtiyatları artıb – RƏSMİ

Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 5,7 mln. barel artaraq 438,85 mln. barelə çatıb.

APA-Economics”in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 0,5 mln. barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir