Ağdamda məcburi köçkünlər üçün 50 mənzilli yeni bina tikilir.
APA -nın Qarabağ bürosunun xəbərinə görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inşa etdirdiyi binada 1, 2, 3 və 4 otaqlı mənzillər olacaq.
Ağdam rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin müdiri Abduləli Mehdiyev APA -nın yerli bürosuna deyib ki, binaya ən ağır mənzil şəraitində yaşayan ağdamlı köçkün ailələr yerləşdiriləcək.
A. Mehdiyev əlavə edib ki, gələn ilə rayonda 1440 ailəlik çoxmərtəbəli bina inşa ediləcək. Bu məqsədlə 20 hektar torpaq sahəsi ayrılıb, tikinti işlərinin aparılması üçün lazımı sənədlər hazırlanır. Hazırda ərazinin baş planı və layihələndirmə işləri aparılır.