Mərhum xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan keçmiş həyat yoldaşının ona xəyanət etdiyini iddia edir.
“Ölkə.Az” xəbər verir ki, o, ATV-də yayımlanan “Bizimləsən” verilişinin qonağı olub.
Əvvəlcə Çingiz Aslan qızına yaxşı ata olmadığını və arvadını döydüyünü etiraf edib:
“Mən qızıma yaxşı ata olmamışam. Anasını isə hərdən döyürdüm”,- deyə qeyd edib.
Daha sonra o, həyat yoldaşının ona xəyanət etdiyini bildirib.
“O qadın mənlə yaşaya-yaşaya özünə başqa bir adam tapmışdı. Mənə xəyanət etmişdi”,- deyə iddia edib.
Qeyd edək ki, Çingiz Aslan uzun müddətdir ki, qaraciyər serrozundan əziyyət çəkir.