Month: Oktyabr 2019

Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü

Sumqayıtda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA -nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Məhəmməd Əsədov küçəsində, “Daş bazarı” adlanan ərazidə qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüstəmov Atəş İsmayıl oğlunun idarə etdiyi…

Prezident Əli Həsənovu vəzifəsindən azad etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əli Şamil oğlu Həsənovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Hacıbala Abutalıbov vəzifəsindən azad olundu – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hacıbala İbrahim oğlu Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.