İdman

Güləşçimiz erməniyə qalib gəlib dünya çempionatının mükafatını qazandı

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatının yunan-Roma yarışlarında Azərbaycan ilk medalını qazanıb.

Oxu.Az xəbər verir ki, Zaur Əliyev (-55 kq) bürünc medal uğrunda görüşdə Ermənistan idmançısı Norayr Hakobyanla qarşılaşıb. Görüş idmançımızın 7:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Zaur Əliyev bürünc medal qazanıb.

Qeyd edək ki, sabah dünya çempionatında son gündür. Daha bir güləşçimizin qızıl və ikisinin bürünc medal şansı var.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir