Türkiyənin təhlükəsizlik qüvvələri anti-terror əməliyyatı zamanı təhlükəli PKK terrorçusunu zərərsizləşdiriblər.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.
Məlumata əsasən, zərərsizləşdirilən Muhacir Duman adlı terrorçunun kod adı “Karker” olub.
Başına 300 min türk lirəsi mükafat qoyulmuş PKK üzvünün adı “boz siyahı”da olub.
Bildirilir ki, M.Dumanın zərərsizləşdirilməsi üzrə əməliyyatda daha bir terrorçu məhv edilib.