Bu ilin oktyabrın 31-nə Azərbaycanda manatla pul bazası 10 298,8 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 81,5 mln. manat və ya 0,8% artıb.
Redaktor.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, manatla pul bazası cari ilin əvvəli ilə müqayisədə 753,1 mln. manat və ya 7,9% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 1 145,5 mln. manat və ya 12,5% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.