“Qarabağ”ın qol seriyası qırılıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, Premyer Liqanın X turunda “Neftçi”nin qonağı olan Ağdam klubu mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib – 0:0. Bununla da son çempionun 17 oyunluq qol seriyası başa çatıb.
Bu mövsümün əvvəlki 9 qarşılaşmasında 19 qol vuran “Qarabağ” ötən çempionatın son 8 görüşündən də qolsuz ayrılmayıb. Həmin matçlarda ağdamlılar 26 dəfə rəqib qapısına yol tapıb.
Qol sevinci yaşadığı 17 matçda 45 dəfə fərqlənən “Qarabağ”ın seriyası 2019-cu il martın 9-dan sonra başlayıb. Həmin gün evdə “Zirə”ylə qolsuz heç-heçə qeydə alınıb.
Bu, “Qarabağ”ın Azərbaycan çempionatlarında 3-cü göstəricisinin təkrarıdır. Klub tarixinin rekordu 2016-cı ildə qeydə alınan 23 matçlıq qol seriyasıdır. 2018-19-cu illərdə 19, 1992-93-cü illərdə isə 17 oyunluq seriya yaşanıb.