Şou biznes

Bakı Fotoqrafiya Evində “11 gün” adlı fotosərgi açılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzinin nəzdində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evində “Camping Azerbaijan” ilə birgə “11 gün” adlı fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə fotoqraf Eldar Əkbərovun “Şaxta Baba ucqar kəndlərdə” layihəsi çərçivəsində orta format kamera ilə çəkdiyi fotolar nümayiş etdirilir.

E. Əkbərov çıxışı zamanı fotoqrafiyaya maraq göstərən sərgi iştirakçılarına təşəkkürünü bildirib, çəkiliş zamanı uşaqlarla bağlı təəssüratlarını bölüşüb.

“Camping Azerbaijan” şirkətinin icraçı direktoru Elvin Məmmədsoy layihə barədə məlumat verib. Bildirib ki, hər il şaxta babalar ucqar kəndlərə gedib yeni il üçün uşaqlara hədiyyə aparırlar. Bu dəfə isə onlar 35 kənddə olub 915 uşağa hədiyyə çatdırıblar.

Sərgi maraqla qarşılanıb, iştirakçılara bayram əhval ruhiyyəsi təsiri bağışlayıb.

Qeyd edək ki, sərgi noyabrın 8-dək davam edəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir