Şou biznes

“Səhnə ilə masa arxasında oxumağın fərqi çoxdur”

Əməkdar artist Sevda Ələkbərzadə AzTV-də yayımlanan “Gün başladı” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi söhbət zamanı hər hansı bir məkanda ondan masa arxasında mahnı oxumaq təklif edənlərə səslənib.

“Məndən masa arxasında mahnı oxumağımı xahiş edəndə sevmirəm. Bu, uşaqlıqdan bəri belədir. Səhnə ilə masa arxasında oxumağın fərqi çoxdur. O qədər sənin ürəyindən gəlməlidir ki, oxuyasan. Sənətçiyəm, müğənniyəm deyə, bu, o demək deyil ki, etməliyəm” deyə, müğənni bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir