Dünya

İranda 5.9 bal gücündə zəlzələ olub, Azərbaycanda da hiss edilib

İranın şimal-qərbində 5.9 bal gücündə zəlzələ baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Ocağı 62 kilometr dərinlikdə yerləşən zəlzələlərin episentri Təbriz şəhərindən cənub-şərqdə 156 kilometr məsafədə qeydə alınıb.

Dağıntılar və təlafat barədə məlumat verilməyib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, İranda baş vermiş zəlzələ Azərbaycanın bir sıra rayonlarında – Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir