Azərbaycanda şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixatrik ekspertizanın aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət komissiya təşkil ediləcək.
Redaktor.az-ın xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir.
Belə ki, Məcəllənin 265-ci maddəsinə (Təkbaşına və komisyon ekspertiza) yeni 265.5-ci bəndin əlavə olunması təklif edilir.
Yeni bəndə əsasən, şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixatrik ekspertizanın aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət komissiya təşkil ediləcək.