Kriminal

Bakıda dəhşətli hadisə – ÖLƏNLƏR VAR

Bakı şəhər Xətai rayonu ərazisində yerləşən Ağ Şəhər yaşayış kompleksində bədbəxt hadisə baş verib.

Zirveyolu.info publika.az-a istinadən xəbər verir ki, tikinti ərazisində fəhlə işləyən 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Cəmaləddin Mollayev çirkab su quyusunda qazdan boğulublar.

Hər iki şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil erilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (Əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb və işin materialları Bakı şəhər Prokurorluğuna verilib. İstintaq tədbirləri şəhər prokurorluğunda davam etdiriləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir