İqtisadiyyat

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 11-də 67,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 62,35 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel çoxdur. (Trend.az)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir