Manşet

Dünyada nadir maral növü tapıldı

Alimlər Vyetnamda nadir heyvan – gümüşü belli maral (Tragulus versicolor) aşkar ediblər. Tapılan heyvanın adı ingilis dilindən hərfi tərcümədə “siçan-maral”dır. (Mouse deer)

Bunun üçün tədqiqatçılar cəngəlliyin dərinliyində fotokamera quraşdırıblar. 5 aydan sonra nəticə əldə olunub. Sözü gedən heyvanın mövcudluğu sübut olunub. Fotokamera ilə 5000 kadr çəkmək mümkün olub. Lakin alimlər hələ heyvan haqqında dəqiq məlumat toplaya bilməyiblər.
Marallar fəsiləsinin nümayəndəsi hesab olunan siçan-maralların 30 il öncə nəsillərinin kəsildiyi zənn edilmişdi.
Hesablamalara görə, gümüşü belli marallar böyük ölçüyə sahib deyil. Maksimal boyu 25 sm-dir. Boyu dovşanlarla müqayisə edilir. Xarici görünüşünə görə, maralla siçanın hibritinə bənzəyir.
Sözü gedən heyvan “25 ən nadir heyvan” siyahısına əlavə olunub. Təbiətin Mühafizəsi  Qlobal fondu  müvafiq qurumları onlarla maraqlanmağa və axtarış üçün vəsait ayırmağa çağırıb.
(Mənbə: Esquire)
Tərcümə: Cavid Zahidoğlu
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir