Rusiya Federasiyasının Dağıstan Respublikasında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Zirveyolu.info oxu.az-a istinadən xəbər verir ki, Həştərxan-Mahaçqala magistralında qeydə alınan qəza zamanı “Kia Rio” markalı minik maşını əks yola çıxaraq, “Mercedes” markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində minik avtomobilinin 32 yaşlı sürücüsü hadisə yerində ölüb. Yük maşınının 39 yaşlı Azərbaycan vətəndaşı tərəfindən idarə edildiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.