Başakşehir müqaviləsi cari mövsümün sonunda bitəcək Arda Turanla bağlı qərarını verib.
Zirveyolu.info goal.az-a istinadən xəbər verir ki,klub rəhbərliyi göstərdiyi oyuna görə tənqid olunan 32 yaşlı futbolçuyla yeni müqavilə imzalamamaq qərarı alıb.
Buna səbəb Barcelona-dan icarə əsasında heyətə qatılan futbolçunun yüksək məvacib qarşılığında istənilən oyunu göstərə bilməməsidir. Qış fasiləsində uyğun təklif gələcəyi halda, Ardanın klubdan ayrılmasına icazə veriləcəyi bildirilir.
Qeyd edək ki, 2018-ci ilin yanvarında Kataloniya klubundan icarə əsasında heyətə qatılan futbolçu cari mövsümdə əsas heyətdə meydana çıxmayıb. Arda meydana sonradan daxil olduğu 7 oyunda qol hesabını aça bilməyib.