Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Azəristiliktəchizat” ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib.
“Ölkə.Az” xəbər verir ki, bunu Report-a açıqlamasında “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov təmsil etdiyi qurumun əhalinin istiliklə təminatına problem yaratması (qadağa qoyması) barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.
“Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan çox borcu var. Buna görə də, qazanxanaların qaz təchizatı dayandırılmışdı. Bununla belə, bu dəqiqələrdə təchizatı bərpa etmişik. Əhaliyə istilik verilə bilər”, – deyə o qeyd edib.