Türkiyə hakimiyyət orqanları İŞİD terror təşkilatının başçısı Əbubəkr Əl-Bağdadinin 25 qohumunu saxlayıb.
Bizimyol.info xəbər verir ki, Türkiyə Cümhuriyyət Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, əl-Bağadinin qohumlarının tutulıması əməliyyatı ölkənin dörd əyalətində keçirilib.
Ümumilikdə 25 nəfər saxlanılıb. Onlardan 11-i Kırşehir, 5-i Samsun, 3-ü Ordu, 6-sı isə Şanlıurfada tutulub.
Tutulanlardan 4-ü barəsində silahlı terror təşkilatında iştirakda ittiham elan olunaraq məhkəmə tərəfindən həbs qərarı verilib.
Qalan 21 nəfər, o cümlədən 2 uşaq Türkiyədən deportasiya olunacaq.
Qeyd edək ki, İŞİD-in başçısı Əl-Bağdadinin məhv edilməsi barədə ABŞ Prezidenti Donald Tramp bu ilin oktyabrında açıqlama yayıb.