“Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağımızdan razı qaldıq. Futbol sürprizlərlə doludur. Lakin özümüzə inandıq və istəyimizə çatdıq”.
Qol.az xəbər verir ki, bu sözləri Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker yerli mətbuata açıqlamasında deyib.
Xorvatiya futbolunun canlı əfsanəsi Avro-2020-nin seçmə mərhələsindəki çxışlarını dəyərləndirərkən millimizlə Bakıdakı görüşü də xatırladıb:“Biz Bakıda qalib gələ bilmədiyimiz üçün təəssüflənirik. Lakin bəzən evdə üç, səfərdə bir xal qazanmaq prinsipi ilə irəliləmək də fayda verir. Macarıstanla Budapeştdəki görüşdə buna əməl edə bilmədik. Son görüşdə Slovakiyaya qalib gələ bilməsəydik, vəziyyət başqa cür olacaqdı”.