ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin yanvar müqaviləsinin dəyəri 0,03% azalaraq 1 barelə görə 63,28 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,05% azalaraq 57,80 dollar təşkil edib.