Dünya

ABŞ-dan İrana XƏBƏRDARLIQ – Qətllərə son qoy, interneti bərpa et

ABŞ dövlət katibi Mayk Pompeo İran hakimiyyətini ölkədə interneti bərpa etməyə çağırıb.

Publika.az xəbər verir ki, Pompeo bildirib ki, ABŞ İrandakı aksiyaları diqqətlə izləyir:

“Biz xalqa qarşı törədilən istənilən zorakılıq hərəkətlərini qətiyyətlə pisləyirik. Bir neçə nəfərin ölüm xəbərindən çox narahatıq. İran hakimiyyəti öz xalqına zor tətbiq etməyə son qoymalı və interneti bərpa etməlidir”, – Pompeo jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, İrandakı internet problemi barədə RİA “Novosti”nin Tehrandakı xüsusi müxbiri də məlumat verib. İnternet təhlili ilə məşğul olan qeyri-hökumət təşkilatı “Netblocks” isə İranda internetin tamamilə kəsildiyini bildirib.

İran hökumətinin təmsilçisi Əli Rabii bəyan edib ki, problem 1-2 gün içərisində həll olunacaq.
İranın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi isə internetin Milli Təhlükəsizlik Şurasının qərarı əsasında kəsildiyini bəyan edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir