Bu gün Avro-2020-nin seçmə mərhələsinə yekun vurulacaq.
Qol.az xəbər verir ki, millimiz də son oyununa çıxacaq. Nikola Yurçeviçin komandası səfərdə Slovakiyanın qonağı olacaq.
Qrupda keçirdiyi 7 oyuna cəmi 1 xal qazanan autsayder yığmamız səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Ancaq bu, çox çətin görünür. Çünki Slovakiya yığması final mərhələsinə vəsiqəni təmin etmək üçün mütləq qələbə qazanmalıdır. Bakıda millimizə 5:1 hesabı ilə qalib gələn slovaklar bu matçın da aşkar favoritidir.
Qrupun digər oyununda Uels Macarsıtanı qəbul edəcək. Hər iki komandanın final mərhələsinə vəsiqə şansı qalır.
19 noyabr
Avro-2020-nin seçmə mərhələsi
E qrupu
23:45. Slovakiya – Azərbaycan
Baş hakim: Sergey Boyko (Ukrayna)
Trnava. Anton Malatinski adına stadion.
23:45.Uels – Macarıstan
1. | Xorvatiya | 8 | 5 | 2 | 1 | 17:7 | 17 |
2. | Macarıstan | 7 | 4 | 0 | 3 | 8:9 | 12 |
3. | Uels | 7 | 3 | 2 | 2 | 8:6 | 11 |
4. | Slovakiya | 7 | 3 | 1 | 3 | 11:11 | 10 |
5. | Azərbaycan | 7 | 0 | 1 | 6 | 5:16 | 1 |