Manşet

Sabirabadda dördotaqlı ev yandı

Sabirabadda yanğın hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Əli Kərim küçəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Hüseynova Xəyalə Tofiq qızına məxsus 200 kvadratmetr sahəsi olan dördotaqlı fərdi yaşayış evi anidən alovlanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Yanğın söndürülüb, alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı ev sahibi X.Hüseynova üz nahiyəsindən yüngül yanıq xəsarəti alıb. O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir