Dünya

İranda etiraz aksiyalarında onlarla insan həlak olub

İranda yanacağın qiymətinin qaldırılmasından sonra başlayan etiraz aksiyaları davam edir. Sonxeber.az-ın məlumatına görə, BMT-nin İnsan Hüquqları Komissarlığı isə aktivistlərin dağıdılması zamanı bir çox insanın ölmə ehtimalından ehtiyat edir. Artıq onlarla insanın öldüyü barədə məlumatlar gəzir.
“Amnesty İnternational” beynəlxalq təşkilatı isə ən azı 100 nəfərin öldüyünü yazır. Hüquq müdafiəçiləri İran hüquq-mühafizə orqanlarından mitinq iştirakçılarına atəş açmamağı tələb edir. Onlar həm də aksiya təşkilatçılarını dinc aksiya keçirməyə dəvət ediblər.
Qeyd edilir ki, İrandan bir-birini təkzib edən xəbərlər yayılır. Çünki İran hökuməti aksiyalar zamanı interneti söndürüb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir