Amerikanın Şimali Karolina universitetinin mütəxəssisləri xərçəng xəstəliyinin əsas yaranma səbəbini tapıblar. Sonxeber.az-ın məlumatına görə, xərçəng xəstəliyinin yaranmasının 20 faizi infeksiyaların, virus və bakteriyaların yayılması ilə əlaqədardır. Bununla yanaşı, xəstəliyin əsas yaranma səbəbi müntəzəm olaraq iltihaba yoluxmadır.
Alimlərin fikrinə əsasən, xərçəng bakteriyalar və MUC1 qlikoproteinin qarşılıqlı təsiri nəticəsində yaranır.
Adətən qlikoprotein müdafiə funksiyasını yerinə yetirir. Amma daimi iltihab nəticəsində patogen proses başlaya bilər.