Helsinki universitetinin alimləri növbəti tədqiqatın nəticəsini açıqlayıblar.
Sonxeber.az-ın məlumatına görə, bu barədə “Medical Xpress” saytında elmi məqalə yerləşdirilib. Məlum olub ki, antibiotiklərdən istifadə Parkinson xəstəliyi riskini artırır.
Geniş spektrda təsir edən antibiotiklər daha təhlükəlidir. Eyni zamanda anaerob bakteriya və göbələklərə qarşı istifadə edilən antibiotiklər də təhlükəli sayılır. Tədqiqatçılar bildirirlər ki, Parkinsondan əziyyət çəkən xəstələrin mədəsində patologiya yarana bilər.
Qeyd edək ki, rəsmi rəqəmlərə əsasən, dünyada 1990-cı ildən 2015-ci ilə qədər Parkinsondan əziyyət çəkən xəstələrin sayı 6 milyonu ötüb.