Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Kremlin mətbuat xidmətinin verdiyi xəbərə görə, görüşdə Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya iki ölkə arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsində göstərdiyi yüksək xidmətlərinə görə bir müddət öncə təltif olunduğu “Dostluq” ordeni də təqdim edib.
Rusiya prezidenti V.Putin həmçinin dekabrın 20-də Sankt-Peterburqda keçiriləcək Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşünün planlaşdırıldığını bildirib.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiyaya rəsmi səfərə gəlib.