Dünya

Konqoda baş verən təyyarə qəzasında 24 nəfər ölüb

Təyyarənin göyərtəsində 17 sərnişin və iki heyət üzvü olub

 

Konqo Demokratik Respublikasında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 24 nəfər ölüb.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb. Təyyarənin göyərtəsində 17 sərnişin və iki heyət üzvü olub.

 

Qeyd olunub ki, “Busy Bee” şirkətinə məxsus kiçik təyyarə havaya qalxdıqdan bir müddət sonra Qoma şəhərindəki yaşayış evlərinin üzərinə düşüb.

 

Ölənlər arasında mülki vətəndaşların da olduğu deyilir. Qəza nəticəsində baş verən yanğın söndürülüb.

 

Hazırda ölənlərin kimliyi dəqiqləşdirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir