Cari ildə gömrük sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri və yüklərin fiziki yoxlanışı 70 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri ilə təşkil edilən görüşdə deyib.
O bildirib ki, risklərin idarəedilməsi mərkəzlərinin yaradılması ilə yük və nəqliyyat vasitələri fiziki yoxlamalara deyil, risklərin qiymətləndirilməsi və təhlili əsasında yoxlanışa cəlb olunur. Bu da ticarətin asanlaşdırılması üçün mühüm əhəmiyyət daşıyır.