Rusiya Hərbi Dəniz Qüvvələrinin “Admiral Qorşkov” freqatının göyərtəsində ilk dəfə hipersəs sürətli “Sirkon” raketi görüntülənib.
Rusiyanın bu yeni raketi ABŞ-ı lərzəyə salıb və hesab edilir ki, raket Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün ciddi təhdiddir.
Avia.pro saytında yer alan videokadrlara əsasən belə görünür ki, hazırda söhbət bir neçə raketdən gedir. Bu da onu deməyə əsas verir ki, Rusiya həmin raketlərin döyüş rejimində sınaqlarına başlayıb. “Sirkon” raketi yerüstü və dəniz hədəflərini 1000 kilometr məsafədən vura bilir, raketin sürəti 10 min kilometrə çatır.
“Sirkon” raketinin xarakteristikası və imkanları məxfi saxlanılsa da ABŞ-da aydınlaşdırıblar ki, bu raket unikal xüsusiyyətə malikdir. Raket saatda 10 min kilometr sürətlə hətta iri hərbi gəmiyə,, təyyarədaşıyana dəysə onu iki yerə parçalaya, gəmini tamamilə məhv edə bilər.
«The Military Watch Magazine» dərgisinin yazdığına görə “Sirkon” raketinin yüksək manevr qabiliyyəti, radioelektron mübarizə vasitələrinə qarşı ən müasir əks-vasitələrlə təchiz edilməsi onu dünyanın ən qabaqcıl raketdən müdafiə sistemləri üçün belə, əlçatmaz edir. ABŞ-ın “Aegis” raketdən müdafiə sistemlərinin bu raketləri neytrallaşdırmaq imkanı faktiki olaraq yoxdur, çünki raket böyük sürətlə hərəkət edir və yüksək manevr qabiliyyətinə malikdir.(Virtualaz.org)