“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana noyabrın 28-də “Sevilya”ya qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Qol.az xəbər verir ki, “Deportes ABCdesevilla” nəşrinə müsahibəsində o deyib ki, pley-off-a yüksəlmək üçün komandası İspaniyada xal qazanmalıdır.
“Əlbəttə, biz bilirik ki, bu, çətin olacaq. “Sevilya” əla komandadır. Lopeteqinin gəlişindən sonra müsbətə doğru dəyişiklik gedir. Bundan başqa, “Sevilya”nın Avropa Liqasında uğurlu təcrübəsi var. Mənim üçün onlar turnirin favoritidirlər”.
Dani qeyd edib ki, qarşıdakı oyuna görə həyəcanlıdırlar: “İndi yaxşı məqam deyil. Çünki nəticələrimiz yaxşı sayılmır. Amma inanıram ki, komandada istək olacaq. “Sevilya” ilə matç qarşıdakı oyuna xüsusi əhəmiyyət verir. Biz müsbət nəticə qazanmalıyıq”.