Manşet

Oqtay Əsədovla Elmira Axundova arasında gərginlik: “Burada iclası siz idarə etmirsiniz”

Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələ müzakirə çıxarılıb.

Sonxeber.az-ın məlumatına görə, müzakirə zamanı deputat Elmira Axundova çıxış edib.
O, Ombudsman Elmira Süleymanovanın fəaliyyətini təqdir edib, onu tərifləyib. Elmira Axundova çıxışını bitirdikdən sonra, Milli Məclisin sədri Oqtay Əsədova “qoy deputatlar çıxış etsin” deyib.
Bu zaman spiker Oqtay Əsədov ona cavab verib.
“Elmira xanım, burada iclası siz idarə etmirsiniz. Özün danışırsan, özün də idarə edirsən”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir