Milli Məclisin dekabrın 2-də xüsusi iclası keçiriləcək.
Zirveyolu.info xəbər verir ki bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib.
Spiker deyib ki, iclasın gündəliyinə bir məsələ daxil edilib: “İclasda Yeni Azərbaycan Partiyasından olan deputatların parlamentin buraxılması ilə əlaqədar müraciətinə baxılacaq”.