Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Milli Məclisdə and içib.
Sonxeber.az-ın xəbərinə görə, yeni Ombudsman Səbinə əliyevanın andiçmə mərasimi zamanı ölkə başçısına minnətdarlığını bildirib.
O parlament üzvlərinə onu yeni Ombudsman seçdiklərinə görə təşəkkürünü bildirib: “Sizə əmin etmək istərdim ki, ölkəmizdə Ümumilli Lider Heydər Əliyevin təməli qoyduğu və Azərbaycan Prezidenti cənab İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesini dəstəklənməsi üçün bütün səylərimi əsirgəməyəcəm. Vətəndaşların, əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan insdanların bütün azadlıqlarının səmərəli qaydada təmin edilməsi, İnsan Hüquqları üzrə Müvəkkilin işinin prioritet istiqaməti olaraq aparılmaqdadır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində vətəndaşlarımızın kütləvi şəkildə hüquqlarının müdafiəsi, işğal nəticəsində tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması bu işin mühün tərkib hissələrindəndir”.