Month: Noyabr 2019

Dolların məzənnəsi sabit qaldı

Noyabrın 21-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan  verilən məlumata görə, 21.11.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2019-cu il noyabrın 20-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Quranı yandıran İslam əleyhinə hərəkatın liderinə hücum oldu

Norveçdə İslam əleyhinə hərəkatın liderinə hücum olub. RT-nin məlumatına görə, hadisə “Norveçin İslamlaşmasını dayandırın” (SIAN) şüarı altında keçirilən mitinq zamanı baş verib. Bildirilib ki, polislərin xəbərdarlığına baxmayaraq, SIAN rəhbəri Lars Torsen Quranı yandırıb. Nəticədə kənarda duran tamaşaçılardan bəziləri meydana atılıb…

Azərbaycanlı Rusiyada qurban kəsdiyi üçün deportasiya olundu

Qoyun başı kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Lütfulla Rzayev Rusiyadan deportasiya edilib. Sank-Peterburq polisi onun hərəkətində qəddarlıq əlaməti olmadığını bildirib. Buna baxmayaraq, o deportasiya edilib və 2022-ci ilin 19 noyabrına qədər, üç il müddətində Rusiyaya gələ bilməyəcək. Xatırladaq ki,…