Putinlə Makron Ukraynanı müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib. (Axar.az)
Tbilisidə polis etiraz aksiyasını dağıtmağa başlayıb
Tbilisidə polis parlament binası qarşısında keçirilən etiraz aksiyasına müdaxilə edib. Bizimyol.info xəbər verir ki, təhlükəsizlik qüvvələri ilk olaraq parlamentin arxa girişini etirazçılardan təmizləyib. Hazırda Rustaveli prospektində aksiyanın dağıdılması davam etdirilir. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb.(apa)
Sabaha olan məzənnə açıqlandı – Mərkəzi Bank
Noyabrın 19-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata görə, 19.11.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2019-cu il noyabrın 18-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.