İqtisadiyyat

AMB-nin valyuta ehtiyatları 11% artıb

Bu ilin dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6 183,1 mln. ABŞ dolları təşkil edib.

Redaktor.az-ın AMB-nin hesabatına istinadən verdiyi xəbərə görə, bu, cari ilin noyabrın 1-i ilə müqayisədə 38,4 mln. dollar və ya 0,6%, ilin əvvəli ilə müqayisədə isə 557,4 mln. dollar və ya 9,9% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə valyuta ehtiyatları 592,2 mln. dollar və ya 10,6% artıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir